“Hər bir Nobel mükafatına dinamit qoyulub”

Ceyhun Nəzərov

redaktor

05 Oktyabr 2016, 16:19

Hər il nobel mükafatının laureatlarının adlarının açıqlandığı zaman nə laureatların, nə də mükafatların hər birini geniş müzakirə edən dünya ictimaiyyətinin ən azından özünəməxsus insan olan Alfred Nobelin özü barədə həqiqətdə az məlumatlı olduqlarından əzab çəkirəm. Əgər bilsəydilər, o zaman bəlkə də heç də laureatlardan hər biri oxşar mükafatı qəbul etməyə razı olmazdı.

Birinci fakt geniş məlumdur: Alfred Nobel bütün böyük pullarını dinamitdən, daha sonra hərbi sifarişlərdən qazanıb. Maraqlıdır ki, Nobel ailəsi Nobel sülh mükafatı təqdim olunmağa başladıqdan sonra da (1901-ci ildən) silah biznesi ilə məşğul olub. Misal üçün, 1913-cü ildə Rusiyada Nobel ailəsi tərəfdaşları ilə birgə sualtı qayıq istehsalı üzrə “Nobles” müəssisə yaradıblar. Artıq bəzi anlaşılmazlıqlar yaranır, sülh uğrunda mübarizə hərbi bizneslə uyğun gəlir, məncə bir o qədər yox. Bundan əlavə Nobel kabinetinin təqdim etdiyi pulların özündə kifayət qədər dinamit payı var. Onların təmizliyi ən azından şübhəlidir. 

İkinci fakt: Praktiki olaraq məlum deyil. Alfred Nobel dinamiti təklikdə yox, hələ inqilabaqədərki Rusiyada uzun müddət olduğu zaman rusiyalı kimyaçılarla birgə ixtira edib. Həqiqətdə burada iki nəfəri ixtiraçı hesab etmək lazımdır: Nobelin özü və rusiyalı hərbi tədqiqatçı Petruşevski. Əlbəttə ki, əgər kimyaçı, müəllim Zinini (25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur) hesaba almasaq. Məhz Zinin onlara nitroqliserindən hərbi məqsədlər üçün istifadə etmək ideyası verib.




Nobelin özü etiraf edirdi: “Mən ilk dəfə nitroqliserini Krım müharibəsinin başlanğıcında görmüşəm. Professor Zinin bu maddəni mənə və atama göstərdi, bir parça zindan üzərinə qoydu və üzərinə zərbə endirdi. Bununla belə professor Zinin nitroqliserindən praktiki istifadənin mümkünlüyündən əminliyini ifadə edib. O zaman çox gənc idim, lakin bu mənə olduqca maraqlı gəldi”.

Zininin ardıcılları Nobel və Petruşevski dinamit hazırlanması üzərində çalışıblar, hətta Adolf Nobel Rusiyanı tərk etdiyi və artıq onun hüdudlarından kənarda təcrübələri davam etdirdiyi zaman informasiya mübadiləsi aparıblar. Tarix bu iki nəfərdən hansının məşhur formulu ilk olaraq tapdığını bilmir. İş birgə və paralel gedirdi. Lakin yaxşı məlumdur ki, Nobel patenti ilk alandır. Hərbi idarədə işləyən Petruşevski sadəcə bunu edə bilməzdi, hüquqa malik deyildi. Lakin o da fabrik üsulu ilə nitroqliserin hazırlamaq üsulunu tapdı. Bundan sonra nitroqliserinin partlama qabiliyyətinin idarəediləbilən  olduğu maddələr qarışığı hazırladı.

Arxivlərdə Rusiya hərbi idarəsi tərəfindən hazırlanmış 1866-cı il 16 dekabr tarixli № 6489 maraqlı sənəd saxlanılır: “Polkovnik Petruşevskinin mükafatlandırılması barədə”. “1863-cü ilə qədər nitroqliserin kiçik miqdarda hazırlanırdı- deyə sənəddə qeyd edilir; o (Petruşevski), ilk olaraq böyük miqdarda nitroqliserinin ani olaraq alışma üsulunu nümayiş etdirib və ilk dəfə olaraq onu partlayışlar üçün tətbiq edib. Bununla belə polkovnik Petruşevskinin təsvir edilən işlərindən bir il sonra (1864-cü ildə) İsveç vətəndaşı A.Nobel Qərbi Avropa ölkələrində bütün növ partlayışlar üçün nitroqliserinin istifadəsinə dair imtiyaz əldə etdi və əgər dövlətlərin maraqları nitroqliserin tətbiqini sirr saxlamağı tələb etməsəydi polkovnik Petruşevskinin əllərində olacaq maddi mənfəətlərdən istifadə etdi. Bu obrazla böyük miqdarda nitroqliserinin hazırlanma üsulları və onun polkovnik Petruşevski tərəfindən partlayışlarda tətbiqi məxfi saxlanılmasaydı, o zaman Nobelin istifadə etdiyi bütün maddi mənfəət onun payına düşərdi. Başqa sözlə desək, o, xarici dövlətlərdə imtiyaz əldə edə bilərdi”. Rusiyalı hərbçilər nəhayət Petruşevskiyə münasibətdə ədalətsizliyi dərk edərək heç olmazsa ona dövlət büdcəsindən kiçik məbləğ təqdim etməklə təşəkkür etməyə çalışıblar.

Üçüncü fakt: Bəlkə də ən vacib. Nobelin zamanında (ümumilikdə bu gün də) ümumi və davamlı sülhə necə nail olma anlayışı yalnız siyasətçilərdə deyil, eyni zamanda pasifistlərdə də olmayıb. Misal üçün, Lev Tolstoy silahsızlaşdırma konfransının uğuruna inanmırdı, bu səbəbdən iddia edirdi: “Hazırki vəziyyət göstərdi ki, yuxarı hökumətdən heç nə gözləmək lazım deyil və bu dəhşətli sarsıdıcı vəziyyətin aradan qaldırılması əgər mümkün olsa ayrı-ayrı fiziki şəxslərin səyləri ilə mümkün olacaq”. Ayrı-ayrı fiziki şəxslər “əl-ələ tutaraq” sülhü hansı obrazla təmin edəcəkləri sirr olaraq qalıb.

Alfred Nobelin öz nöqteyi nəzəri var idi. Birincisi, Tolstoydan fərqli olaraq, o, hesab edirdi ki, dünyanın taleyini “fiziki şəxslər”, xalqlar deyil, yalnız hakim elita həll etməlidir. “Xalqlar demək olar ki, tam düşüncəsizdir, hökumət isə yarıya qədər”- deyə o iddia edib.

İkincisi, xeyirxahlıq və sevgini təbliğ edən pasifistlərdən fərqli olaraq Nobel dünyanın yalnız qorxu əsasında real qoruna biləcəyini ehtimal edirdi. “Mənim dinamit zavodlarım, konqreslərdən daha sürətlə sülhü yaxınlaşdırır”- deyə yazırdı. İki ordunun sayılı zamanda bir-birini məhv edə biləcəyi bir dövrdə qorxu ilə əhatə olunmuş sivil millətlər ordularını buraxmalı olacaq”. 

Bundan başqa Nobel mümkün  sülhyaradıcı qüvvə kimi hətta bakterioloji silahı nəzərdən keçirir: “Belə damokl qılıncını hər kəsin başı üzərindən asın və siz müharibənin tez bir zamanda başa çatacağını görəcəksiniz”. Mən hər dəfə Nobel sülh mükafatının növbəti sahibinin adı təntənəli surətdə elan edilən zaman məhz bu sözləri xatırlayıram.

Nobelin xəyalının bir qismi atom silahı şəklində, qarşısını alma silahı kimi həyata keçdi. Lakin müvəqqəti olaraq, belə ki, nüvə silahı dünya üzrə yayılana qədər və onun terrorçuların əlinə düşəcəyinə dair qorxu yaranana qədər.

Sülhü qoruyan damokl qılıncı barədə şəxsi düşüncə gecələr Nobelin özünü də qorxutduğu görünür. Onun özü üçün düşündüyü özünütənqid və sərt epitafiyanı başqa cür izah etmək olmaz: “Alfred Nobel doğulduqdan sonra hər hansı bəşərsevən həkim tərəfindən öldürülməyə layiq olan yazıq yarıinsandır”.

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus