İsa Peyğəmbər üçün keçirilən “Əzadarlıq”

Oktay Quliyev

redaktor

14 Oktyabr 2016, 18:30

Hər il Məhərrəm ayı adəti üzrə qərb mediası Müsəlmanları, xüsusən Əhli-beyt məktəbinin davamçılarını hədəfə alır.

Tükürpədən və qorxunc görüntülər televiziya və saytlarda, eləcədə sosial şəbəkə və jurnallarda dərc edilir, bununlada müsəlmanlar vəhşi kimi qələmə verilir. Bir sıra müsəlman ölkələrində islam və Əhli-beyt məktəbinə tamamilə yad olan ayinlər keçirilir ki, bu da qərb mediasının gözündən yayınmır. Hətta bəzi məkrli media qrumları bunu qəsdən üzə çıxarmaqda çox maraqlıdır. Məsələn, zəncirlərin ucuna kəsici alət bağlayıb bədənə vurma, qılıncla baş yarma görüntüləri  az qala İslamın əsas göstərişi kimi qələmə verilir. Bütün axtarış sistemlərində bu görüntülər yerləşdirilir və İslam haqqında hər hansı bir məlumat almaq istəyənlər bu görüntülərlə rastlaşırlar. Yahoo“Google axtarış sistemlərində “Aşura” sözü yazdıqda, al-qan içində olan müsəlman fotoları meydana çıxır. Halbuki, bütün bunlar İslam alimləri tərəfindən dəfələrlə qadağan edilib. Bu qadağalara baxmayaraq, çox az sayda məlumatsız və ya hissiyyata qapılan şəxslər bu əsassız və xurafi işlərdən əl götürmürlər.

Maraqlıdır! İslam alimlərinin bütün bu ayinlərin xurafat və əsassız olması haqda dəfələrlə çıxış etməsinə, bu işin haram olması haqda fətva verməsinə baxmayaraq, heç bir qərb mediası bu çıxış və fətvaları işıqlandırmır.

Bundan əlavə, Aşura hadisəsi və İmam Hüseyn (ə.s) hərəkatı qərb mediasında dəfələrlə “sünnü-şiə” qarşıdurması kimi də təqdim edilir. Aşura və İmam Hüseyn (ə.s) hədəfə alınaraq Onun hərəkatının əsl maahiyyəti təhrif edilir. Təəssüf olsun ki, qərbin gecə-gündüz çalışan təbliğat maşınları bütün xristian  ölkələrində, eləcə də müsəlman ölkələrində insanları şübhəyə sala, hər yerə fitnə toxumu səpə biliblər.

İndi isə keçək əsas mətləbə. Qəribədir! Gördüyünüz fotolar  katolik xristianların dini ayinlərindən olan fotolardır. Potuqaliya, İspaniya, Flippin, Amerika, Polşa, Rumıniya, İtaliya və dünyanın inkişaf etmiş digər ölkələrin mərkəzi şəhərlərində hər il İsa peyğəmbər üçün əzadarlıq mərasimləri təşkil olunur.

O
lduqca ürəkbulandıran və qandonduran  görüntülər meydana çıxır. İti alət və tikanlarla bədənə vurub qan çıxaran kim, yerdə sürünərək məbədə doğru gedən kim, mismarlanaraq çarmıxa çəkilən kim. Hətta çarmıxa çəkilən şəxsi huşu gedənə qədər qamçılayırlar. Bundan daha maraqlısı isə, bütün bu ayinlər heç vaxt media tərəfindən tənqid edilmir. Heç bir yazar bu işin çox mənfur bir iş olduğunu, İsa peyğəmbərin təlimləri ilə ziddiyyət təşkil etdiyinə dair yazı dərc etmir. Əksinə! Hətta katolik kilsələri rəhbərləri də bu mərasimlərdə iştirak edir, özlərinə əziyyət verənlərə dua edirlər.

Əzadarlıq mərasimlərində qan çıxartmağın haramlığını, bu işin İslama aid olmadığını dəfələrlə çıxışlarında qeyd edən İslam alimlərindən fərqli olaraq, indiyə qədər ümumdünya katoliklərin rəhbərlərindən Papa II Jean və  Papa VI Paul katoliklərin İsa Məsih üçün təşkil etdikləri “əzadarlıq” mərasimlərində iştirak etmiş, onların bu işinin günahların bağışlanması və İsa Məsihin razılığına səbəb olacağını bildiriblər.

Bu mərasimlərdən çəkilən foto-video görüntüləri Yahoo, Google və başqa axtarış sistemlərində, sosial şəbəkələrdə tapmaq çox çətindir.  Siz axtarış sistemlərində “passion jesus” yazıb axtarışa verdikdə, məşhur kino aktyor Mel Gibsonun İsa peyğəmbər rolunda oynadığı filmdən fotolarını və başqa filmlərdən  görüntüləri görəcəksiz. Lakin “Ashora” sözünü yazıb axtarışa verdiyinizdə, tamamilə fərqli, çox qorxunc görüntülərlə qarşılaşacaqsız. İslamla marağlanan qeyri-müsəlmanlarda, təbii olaraq bu görüntüləri gördükdən sonra islama qarşı ikrah doğuracaq. İslamafobiya da məhz budur!

Yenə də maraqlı bir məsələyə diqqət çəkək. Özlərini heç bir inanca sahib hesab etməyən sekulyar və ateistlər hər dəfə müsəlmanları vəhşilikdə ittiham edirlər. Lakin dünyanın mütərəqqi dövlətlərində qeyri-müsəlmanların xurafi və qeyri-insani ayinlərindən heç vaxt söz açmazlar. Halbuki, Qərblilər və inkişaf etmiş ölkələr xurafatçılıqda üçüncü dünya ölkələrindən çox öndədirlər.(Növbəti yazımızda inkişaf etmiş cəmiyyətlərdə “xurafatlar” mövzusuna toxunacağıq.)

İslam dini hər zaman xurafatçılıq, əsassız və batil inanclarla mübarizə aparıb. Hətta müsəlmanlar arasında yayılan xurafatları araşdıraraq, onları əslində inkişaf etmiş ölkələrdən müsəlman ölkələrinə sirayət etdiyini sübut etmişdir.

Bizim etiqad etdiyimiz yol Quran və Əhli-beyt yoludur. Bizim  mühüm hədəflərimizdən biri də xurafatla, cəhalət və nadanlıqdan qaynaqlanan adət-ənənələrlə mübarizədir.



©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus