Sloveniyalı miqrant "First Lady" oldu

Xəyalə Əliyeva

redaktor

09 Noyabr 2016, 18:13

Sloveniyalı miqrant "First Lady" oldu.

Amerikanın ”first lady”-si kimdir?

Melaniya, Sloveniyanın Sevnija şəhərində, avtomobil satışı ilə məşğul olan ata və dərzi ananın  qızı olaraq dünyaya gəlib. Vətənində memarlıq təhsili alan Melaniya, həm də dörd dil öyrənib.Gənc qız 1996-cı ildə Nyu-Yorkda modellik etmək arzusu ilə Amerikaya yola düşüb.  Modellikde müvəffəqiyyət qazansa da şans, sloveniyalı gözəlin üzünə iki il sonra gülüb. Gecə həyatını sevməyən Melaniya  rəfiqəsinin  təkidi ilə dövrün məşhur məkanı olan “Kit Kat Club” əylənməyə gedib.



Melaniya bu məkanda artıq ikinci həyat yoldaşı Marla Maplesdən yeni ayrılan, dövrün ən zəngin biznesmeni  52 yaşlı Trumpla tanış olub. Trilyoner iş adamı, 28 yaşlı Melaniya ilk baxışda aşiq olsa da, gənc qız tərəfindən rədd edilib. Trump, Melaniya ilə tanışlığı barədə deyir: "Onu gördüm, vuruldum. Telefonunu istədim. Yanımda başqa bir qadın olduğu üçün nömrəsini vermədi. 'O versin' deyib. Ev, iş, nə qədər nömrəm varsa verdim. Bir ay sonra mən sevgimə cavab ala bildim.


Cütlük, 2004-cü ildə Trampa aid olan “Mar-O-Lago” malikanəsində evlənib. O, özü Sloveniyadan ABŞ-a 1996-cı ildə gəlib və Donald Trampla evlilikdən bir il sonra 2006-cı ildə Amerika vətəndaşı olub. Trampların Nyu-Yorkda baş tutan toyunda ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun xanımı, 2016-cı il prezident seçkilərində Demokrat partiyasını təmsil edən rəqibi Hillari Klinton da iştirak edib.



45 yaşlı Melaniya Donald Trampın üçüncü həyat yoldaşıdır. Onların Barron adlı doqquz yaşlı oğlu var.




Melaniya həyat yoldaşının siyasi kampaniyası ətrafında gedən debatlara münasibət bildirib: “Mən ictimaiyyət qarşısında siyasətə üstünlük vermirəm, çünki bu mənim həyat yoldaşımın işidir. Mən şəxsi həyatda siyasətçiyəm, və mənimlə həyat yoldaşım arasında baş verən hər şeyi bilirəm.” cavabını verib.

Melaniya həm də biznes leydidir. Onun kosmetika, daş-qaş ziynət aksessuarlarından ibarət markası var.

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus