Dr. Eduardo Aniellinin şəhid olmasının ildönümü

Oktay Quliyev

redaktor

15 Noyabr 2016, 14:39

O, 1954-cü ildə Amerikanın Nyu-York şəhərində dünyaya gəlib. Atası Covanni Anielli İtalyada böyük maliyyə biznesi ilə məşğul olan milyarder klan olub. O, zavod və fabriklərin, bir neçə bankların, “Fiat” şirkətinin, eləcə də “Yuventus” futbol klubunun sahibi olub.  Eduardo Aniellinin anası Marla Karaçul yəhudi idi.

Anielli ailəsi İtalyada ən nüfuzlu ailə hesab edilirdi. İtalya mediasının verdiyi məlumata görə bu ailənin illik gəliri 60 miliyard dollar civarında hesablanırdı.

Anielli ailəsinin tək varisi olan Eduardo ibtidai təhsilini İtalyada aldıqdan sonra ali təhsilini Londonda  şərq fəlsəfəsi istiqamətində davam etdirir. Burada o, doktorluq dərəcəsini almağa nail olur.

Gənc yaşlarından  var-dövlət və əyləncəyə meyl göstərməyən Eduardo, sonradan təhsilə çox vaxt ayırması üçün rəhbərlik etdiyi “Yuventus” futbol klubundan ayrılır.  Vaxtının çoxunu elmi araşdırmalar, mütaliə və təhsilə ayıran Eduardo, eyni zamanda insan hüquqlarının müdafiəsi ilə də məşğul olurdu.

Sonradan o, islamı qəbul etməklə İtaliya mediasında rezonans doğurur. O bunu mediadan gizlətsə də, bir müddət sonra hər kəs bu haqda danışırdı.

O, dinlər haqqında geniş araşdırmalar aparır, maraqlı tədqiqatlar nəticəsində müəyyən təhlillər edirdi. Məhz bu araşdırmaların nəticəsi olaraq o, islamı qəbul etmişdi. Euardo gənc yaşında  ikən bir gün Nyu-York şəhərində  universitet kitabxanasında kitablar qarşısında əlinə Quran-kərim çıxır. Böyük maraq dairəsində olduğu Quranın mənəvi dünyasından zövq alan Eduardo İslamın zəngin din olması düşüncəsini öz içində bir daha təsdiqləyir.

Incil və Tövratla da tanış olan Eduardo İslam dini ilə daha dərindən marağlanmağa başlayır.

İtaliya hakimiyyətində yüksək vəzifə tutması üçün uşaqlıq illərindən bu istiqamətdə hazırlıq keçən Eduardo, sonralar bu yöndə heç bir addım atmır. O, özünə tamailə fərqli bir yol seçərək təhsil və insan hüquqlarının müdafisəi ilə məşğul olur.

Onun islam dinini qəbul etməsi ailəsi tərəfindən heç də xoş qarşılanmadı. İtaliya mediasında haqqında xoşa gəlməz məlumatlar dərc edilməyə başladı.

Belə bir zamanda Eduardonun Iran Inqilabının rəhbəri Imam Xomeyni ilə görüşü daha da vəziyyəti gərginləşdirdi. Ailəsi və İtaliya mediası tərəfindən təzyiqlərə məruz qaldı.


Bir müddət sonra atası tərəfindən vərəsəlikdən məhrum edilir, maddi çətinliklərdən və böhtanlardan çoxlu əziyyətlərə düçar olur.

Dəfələrlə narkomaniya ilə mübarizə uğrunda tədbirlər keçirən Eduardo, bu dəfə şərlənərək narkotik istifadəçisi kimi həbsə atılır.

Bundan bir müddət sonra onu ruhi xəstə adı ilə psixoloji dispanserə yerləşdirirlər. Burada onu atasının tapşırığı ilə müalicə edən həkimlər, müxtəlif dərman vasitələri ilə onun yaddaşını silməyə çalışırlar.

Eduardo Anielli bu qədər təzyiqlərdən zərrə qədər yorulub geri çəkilmirdi. İslam dinini qəbul etməsinə görə bu qədər təzyiqlərlə üzləşdiyini ona xatırladan dostları, ona bu yoldan geri çəkilməsini təklif edirlər, lakin o, qətiyyətlə doğru yolda olduğunu və geri addım atmayacağını bildirirdi.

Eduardo öz dostlarını da islam dini ilə marağlanmağa dəvət edirdi. Onun səyləri nəticəsində İtaliya milyarderlərindən və iş adamlarından olan, məşhur “Montalcino” şərab zavodunun sahibinin oğlu Luka Conte də islamı qəbul etmişdi. O ailəsinin bütün sərvətindən imtina edərək kinorejissorluqla məşğul idi. Eduardo şəhid edildikdən sonra, 2008-ci ildə Luka Conte də eyni senari ilə, Garibaldi körpüsündən aşağı atılaraq öldürüldü. Medaida bu hadisə özünə qəsd kimi işıqlandırıldı.

Eduardo Anielli özünün gözəl əxlaqı ilə çoxlu dostlar qazanmışdı. Onlar Eduardonun pis günündə ona yardım edir, maddi və mənəvi dəstəklərini əsirgəmirdilər.

Nəhayət  o, 2000-ci il noyabr ayının 15-i Franko adına körpüdən aşağı atılaraq qətlə yetirilir.

Aniellilər ailəsinə məxsus istintaq  orqanları onun ölümünü intihar kimi qiymətləndirərək istintaq işinə xitam verirlər.

Eduardonun ölümünü araşdıran müstəqil media qrumlarına isə bu istiqamətdə heç bir kömək göstərilmir.

Allah rəhmət eləsin!

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus