Azərbaycan çempionatının ilk günündə sərbəst güləşçilər yarışır

Açılış mərasimi saat 17:00-da, ardınca günün final görüşləri başlayacaq

  • 32

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 14:16

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından İnterAz-a verilən məlumata görə, ilk yarış günündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində sərbəst güləş üzrə 163 pəhləvan öz aralarında ən güclüləri müəyyənləşdirəcək.

Açılış mərasimi saat 17:00-da, ardınca günün final görüşləri başlayacaq.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edəcəklər.