İtaliya kubokunda ilk ¼ finalçı məlumdur

"Napoli" "Spetsiya"ya qalib gəlib

  • 7

Bakı, Sevinc Eminzadə, , İnteraz - 11 Yanvar 2017, 12:15

Italiya kubokunda da 1/8 final mərhələsinə start verilib.

İnterAz xəbər verir ki, "Napoli" seriya B-də çıxış edən "Spesiya"nı qəbul edib. "Napoli"-"Spetsiya" matçının start fiti səslənəndən 3 dəqiqə sonra Pyotr Zelinski hesabı açmağa müvəffəq olub. 35-ci dəqiqədə "Spesiya"nın heyətində Pikkolo fərqlənib. Amma oyunun gələcək gedişatı "Spetsiya"nın bu qolunun matça yalnız ədəva qatdığını və dadını dəyişmədiyi göstərib. 


2-ci hissədə, daha dəqiq 55-ci dəqiqədə Cakkerini bundan 2 dəqiqə sonra isə Qabbyadini fərqlənib.

"Neapol" klubu ¼-də "Fiorentina"-"Kyevo" cütünün qalibi ilə qarşılaşacaq.