Fifanın qərarı qalmaqala səbəb olub

Xavyer Tebas FİFA-nı məhkəməyə verir

  • 72

Bakı, Sevinc Eminzadə, , İnteraz - 11 Yanvar 2017, 15:05

İspaniya futbol federasiyası FİFA-nın dünya çempionatı iştrakçılarının sayının 32-dən 48-ə artırılmasının əlehinədir.

İnterAz-ın məlumatına görə, artıq liqa prezidenti Xavyer Tebas bununla bağlı Brüssel və Nyon məhkəmələrinə müraciət edib. Tebas İnfantinonu 2-ci Blatter adlandırıb.

"Canni özünü Blatter kimi aparır. Heç kimlə məsləhətləşmir. FİFA mundialı genişləndirir, amma əlavə pul ödəmək istəmir", - Tebas deyib.

Yeri gəlmişkən Azərbaycan millisinin keçmiş çalışdırıcısı Berti Foqts da komandaların sayının 48-ə yüksəldilməsi barədə qərarına münasibət bildirib. O,  "Kicker"ə açıqlamasında qərardan şoka düşdüyünü deyib. Foqtsun fikrincə, FİFA bu yolla dünya çempionatlarına marağın tamamilə yox olmasına nail ola bilər.

Xatırladaq ki, FİFA The best mükafatının təqdimatından sonra 2026 cı ildə keçiriləcək Dünya çempionatında komandaların sayının 48-dək artırıb. Yığmalar 3 komanda olmaqala 16 qrupda mübarizə aparacaqlar.