"Atletiko Madrid" məğlub olsa da, mərhələ adlayıb

"Atletiko Madrid" ¼ finala adlayıb

  • 35

Bakı, Sevinc Eminzadə, , İnteraz - 11 Yanvar 2017, 16:01

İlk 1/8  final matçında "Las Palmasın" qapısından 2 cavabsız qol keçirən madridlilər ilk hissədə müdafiə oyunu nümayiş etdirib və bunun nəticəsində tərəflər fərqlənə bilməyiblər.

İnterAz-ın məlumatına görə, 2-ci hissədə isə Antuan Qrizman sukutu pozub. 49-cu dəqiqədə Qaytanın zərbəsini qola çevirən fransız hesabı açıb. 57-ci dəqiqədə isə qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq olublar. Livaya 3 müdafiəçini keçərək topu tora qovuşdurub.

Amma Korrea gəlmələrin bu sevincini gözündə qobub. Kokedən ötürmə alan Anxel komandasını hesabda irəli çıxarıb. Matçın sonuna bir neçə dəqiqə qalmış Rivaya dublu ilə fərqlənib. Əlavə olunmuş vaxtda Qarsiyanın qolu "Las Palmas"a təsəllidən başqa heç nə verməyib. İlk matçda Koke və Qrizmanın rəqib qapısından keçirdiyi qollar Atletiko Madridi növbəti mərhələyə daşıyıb.