"Arsenal" kubunun futbolçuları basketbolda qüvvələrini sınayıb

Topçular basketbol oynayıb əylənib

  • 90

Bakı, Sevinc Eminzadə, , İnteraz - 12 Yanvar 2017, 14:43

“Arsenal” klubunun üzvləri Per Mertezaker, Aaron Remzi və Aleks Ivobi NBA-da çıxış edən "Dunkin Devils" klubunun üzvləri ilə birgə basketbol oynayıb. Ortaya futbolla basketbolun qarışığından yaranmış əyləncə növü çıxıb.

Futbolçular topu basketbolçulara müxtəlif fəndlər vasitəsi ilə ötürüb, basketbolçular da öz növbəsində batut üzərinə tullanaraq topu qəbul edib, səbətdən keçirməli idilər. Ən möhtəşəm fəndi isə Aleks Ivobi yerinə yetirib. Aleks Remzinin basketbolçuya ünvanladlığı qeyri-dəqiqi zərbəni qəbul edib və topu səbətdən keçirib.