Məktəblilərin İslamiadanı izləməsi təşkil edilir

Növbəti günlərdə “Məktəblinin dostu” pilot layihəsinin həyata keçirildiyi digər məktəb şagirdlərinin də IV İslam Həmrəyliyi Oyunlarını izləməsi nəzərdə tutulur

  • 17

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 18:02

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri şagirdlərinin IV İslam Həmrəyliyi Oyunlarını izləməsi təşkil edilir.

İnterAz xəbər verir ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində ilk olaraq 57, 72 və 211 nömrəli tam orta məktəblərin şagirdləri yarışlara tamaşa ediblər.

Məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaqdan ibarətdir.

Növbəti günlərdə “Məktəblinin dostu” pilot layihəsinin həyata keçirildiyi digər məktəb şagirdlərinin də IV İslam Həmrəyliyi Oyunlarını izləməsi nəzərdə tutulur.  

Şagirdlərin beynəlxalq idman yarışlarını izləməsi prosesi dərsdən sonra ödənişsiz əsaslarla həyata keçirilir.