İran və Azərbaycan idman sahəsində əməkdaşlığı genişləndirib – Teyyub Əzizov

Hər iki ölkə beynəlxalq yarışların keçirilməsi üçün uyğundur

Bakı, Nazilə Xaqani, İnteraz - 29 Iyul 2017, 16:12

İran və Azərbaycan idman sahəsində əməkdaşlığı genişləndirib və hər iki ölkə beynəlxalq yarışların keçirilməsi üçün uyğundur.

İnterAz “İRNA”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Kyokuşin Karate federasiyasının başçısı Teyyub Əzizov İranın Astara şəhərində keçirilən beynəlxalq Kyokuşin yarışları zamanı deyib.

O, İran və Azərbaycan arasındakı idman əməkdaşlığının beynəlxalq yarışların keçirilməsi ilə nəticələyinə ümidini ifadə edib.

Beynəlxalq Kyokuşin karate yarışları Azərbaycan, İran, İraq və Əfqanıstanın iştirakı ilə keçirilir.

2018-ci ildə keçiriləcək növbəti yarış Bakıda baş tutacaq.