"Qarabağ" klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

Oyunda qolları qarşılaşmanın 45+3 dəqiqəsində Dino Ndlovu və 83-cü dəqiqəsində Miçel vurub

Bakı, Nazilə Xaqani, İnteraz - 02 Avqust 2017, 09:20

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab görüşündə Moldovanın "Şerif" klubu ilə qarşılaşıb.

İnterAz-ın məlumatına görə, görüş 1:2 hesabı ilə "Qarabağ"ın xeyrinə bitib.

Oyunda qolları qarşılaşmanın 45+3 dəqiqəsində Dino Ndlovu və 83-cü dəqiqəsində Miçel vurub.

Beləliklə, "Qarabağ" klubu futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsini keçərək pley-off oyunlarına vəsiqə qazanıb.