Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkü atılıb

“İnter” – “Qəbələ”, “Neftçi” – “Qarabağ”, “Zirə” – “Səbail”, “Sumqayıt” – “Kəpəz” komandalarının oyunları keçiriləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 02 Avqust 2017, 16:33

Avqustun 2-də AFFA-nın inzibati binasında Topaz Premyer Liqasının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

İnterAz xəbər verir ki, Topaz Premyer Liqası klublarının, futbol ictimaiyyətinin və mətbuat nümayəndələrinin iştirak etdikləri tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verib, klublara uğurlar arzulayıb.

Püşkün nəticəsinə əsasən, Topaz Premyer Liqasının birinci turunda “İnter” – “Qəbələ”, “Neftçi” – “Qarabağ”, “Zirə” – “Səbail”, “Sumqayıt” – “Kəpəz” komandalarının oyunları keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasına avqustun 11-də start verilməsi nəzərdə tutulub.