Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionu olub

Dünya çempionu olan həmyerlimiz bu zəfərini Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 11 Avqust 2017, 10:17

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatının qalibi olub.

İnterAz xəbər verir ki, 200 metr məsafəyə qaçışda Ramil Quliyev finişə birinci çatmaqla dünya çempionu adını qazanıb. O, finişə 20,09 saniyəyə çatıb.

Dünya çempionu olan həmyerlimiz bu zəfərini Azərbaycan və Türkiyə bayrağı ilə qeyd edib.