"Qarabağ" – “Kopenhagen” oyununun biletləri üçün misli görünməmiş bir növbə yaranıb

Biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 10 manat arası dəyişir

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 13:23

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində keçiriləcək "Qarabağ" – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Klubun rəsmi saytında bildirilir ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. 

Biletlərin qiyməti nömrəli sektorlara görə 1 - 10 manat arası dəyişir. VİP sektoru üçün isə 50 manat təşkil edir.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək "Qarabağ" – “Kopenhagen" matçı saat 20:00-da başlayacaq.