Lənkəranda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı maliyyə vəsaiti ayrılıb

Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 3 milyon manat ayrılacaq

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Sentyabr 2017, 17:55

Prezident İlham Əliyev Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.