“Qarabağ”-“Roma” matçının biletləri satışa çıxarılır

Biletlərin qiyməti 2-50 manat arasında dəyişir

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Sentyabr 2017, 17:05

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Roma" (İtaliya) oyununun biletləri bu gün saat 17:00-dan etibarən satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar.

“Qarabağ” klubundan İnterAz-a bildirilib ki, biletlərin qiyməti 2-50 manat arasında dəyişir.

Azarkeşlər biletləri “ASAN” Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.