“Qızıl ayaq” mükafatına namizəd futbolçular müəyyən edilib

Mükafat, yaşı 28-dən az olmayan və futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim ediləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 11:45

Cari ildə “Qızıl ayaq” mükafatını almağa layiq olan 10 futbolçunun adı müəyyənləşib.

İnterAz xəbər verir ki, mükafat, yaşı 28-dən az olmayan və futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim ediləcək.

Namizədlərin siyahısına Lionel Messi, Lui Suares (hər ikisi “Barcelona”), Kriştiano Ronaldo, Serxio Ramos (“Real Madrid”), Manuel Noyer, Aryen Robben (“Bavariya”), İker Kasilyas (“Porto”), Tyaqo Silva (“PSJ”), Yaya Ture (“Mançester Citi”) və Andre Pirlo (“Nyu Yorks Siti”) daxildir.

Qalib səsvermə yolu ilə müəyyənləşdiriləcək. Mükafatın təqdim edilməsi mərasimi noyabrın 7-də Monakoda keçiriləcək.