2022-ci il dünya çempionatına ev sahibliyi Qətərin əlindən alına bilər

Region ölkələri və Qətər arasında yaşanan böhran səbəbindən ev sahibliyi başqa ölkəyə verilə bilər

Bakı, Nazilə Xaqani, İnteraz - 06 Oktyabr 2017, 17:48

Qətər 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.

İnterAz “RT"yə istinadən xəbər verir ki, region ölkələri və Qətər arasında yaşanan böhran səbəbindən ev sahibliyi başqa ölkəyə verilə bilər.

Səudiyyə Ərəbistanı, Yəmən, BƏƏ, Misir, Bəhreyn və Mavritaniya Qətərin terrorizmi dəstəkləməsi ittihamı ilə FİFA-ya məktub yazıblar.