Azərbaycan millisi Almaniya yığmasına böyük hesabla məğlub olub

Görüş 5:1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatıb

Bakı, Nazilə Xaqani, İnteraz - 09 Oktyabr 2017, 09:16

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində çıxışını başa vurub.

İnterAz xəbər verir ki, seçmə mərhələ çərçivəsində millimiz sonuncu oyununu oktyabrın 8-də Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığmasına qarşı keçirib.

Görüş 5:1 hesabı ilə Almaniya millisinin xeyrinə başa çatıb.

Yığmamızın yer aldığı “C” qrupunun digər oyunlarında Çexiya San-Marinoya 5:0, Norveç isə Şimali İrlandiyaya 1:0 hesabı ilə qalib gəlib.

Hesabında 30 xal olan Almaniya millisi qrup birincisi kimi dünya çempionatının final mərhələsinə vəsiqəni ötən tur təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 15 xalla üçüncü, Norveç isə 13 xalla dördüncü, Azərbaycan millisi isə 10 xalla beşinci pillədə qərarlaşıb. Hesabında xal olamayan San-Marino yığması isə sonuncudur.