Türkiyənin fiziki əngəllilərdən ibarət futbol komandası Avropa çempionu olub

Böyük Britaniyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə Avropa çempionu olub

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Oktyabr 2017, 10:52

Türkiyənin ev sahibliyi etdiyi Avropa çempionatının finalında fiziki əngəllilərdən ibarət Türkiyə komandası Böyük Britaniya yığmasını məğlub edib.

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə Avropa çempionu olub.

Baş nazir Binali Yıldırım Avropa çempionu olan komandanı təbrik edib.