Türkiyə hökuməti amerikalı basketbolçuların ölkəyə girişinə qadağa qoyub

Buna səbəb Türkiyə ilə ABŞ arasındakı əlaqələrin korlanmasıdır

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Oktyabr 2017, 16:09

Türkiyə hökuməti ABŞ-la korlanan əlaqələrə görə Orenburqun "Nadejda" basketbol komandasının iki amerikalı oyunçusunun İstanbula gəlməsinə icazə verməyib.

İnterAz TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə klubun nümayəndəsi açıqlama verib.

"Türk səlahiyyətliləri ABŞ vətəndaşları olan Emma Kannon və Brionn Consonun ölkəyə girməsinə qadağa qoyub. Buna səbəb Türkiyə ilə ABŞ arasındakı əlaqələrin korlanmasıdır. Klub əsas oyunçuları olmadan Avropa Liqasının oyunlarına başlayacaq. Kannon və Conson bu gün Moskvadan Orenburqa dönüb", - deyə o bildirib.

Qeyd edək ki, "Fənərbaxça" ilə "Nadejda" basketbol komandaları arasındakı oyun oktyabrın 11-də baş tutacaq.