UEFA-nın ayırdığı vəsait klublarımızın hesabına köçürülüb

“İnter” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək məqsədilə növbəti aylarda hesabına köçürüləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Oktyabr 2017, 14:26

UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb.

İnterAz-ın məlumatına görə, 2017-2018-ci il mövsümündə UEFA Avropa Liqası turnirində iştiraka görə UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:

“Zirə”– 440 000.00 avro
“Qəbələ” – 460 000.00 avro
“İnter” – 440 000.00 avro

Qeyd edək ki, “İnter” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək məqsədilə növbəti aylarda hesabına köçürüləcək.