Sərbəst güləşçilərimiz "Qitələrarası kubok" beynəlxalq turnirində iştirak edəcəklər

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 13:37

Oktyabrın 14-15-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası kubok” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından İnterAz-a verilən məlumata görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarus idmançılarının iştirakı gözlənilir.

Yığma komandanın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edəcək.