“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

İspaniya klubu ilə gərgin mübarizə qolsuz bərabərliklə yekunlaşıb

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 19 Oktyabr 2017, 01:14

Oktyabrın 18-də "Qarabağ" klubu Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubunu qəbul edib. UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları çərçivəsində baş tutan qarşılaşmda hesab açılmayıb – 0:0.

 Oyun gərgin mübarizə şəraitində keçib, sonuncu 15 dəqiqəni isə “Qarabağ” 10 nəfərlə mübarizə aparmalı olub. Ancaq bununla belə Azərbaycan komandası əzmlə mübarizə aparıb. Bununla da "Qarabağ" klubu turnirdə ilk xalını qazanıb. Eyni zamanda Ağdam klubu Çempionlar Liqasının qrupundan xal qazanan ilk Azərbaycan klubu olub.