Robert Prosineçki millimzdən getdi

AFFA rəhbərliyi Milli Komandanın baş məşqçisi ilə müqavilənin müddətini artırmayıb

Bakı, Kənan Rövşənoğlu, İnteraz - 26 Oktyabr 2017, 23:38

Oktyabrın 26-da AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.

AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb. 

Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.