Lənkəranlı taekvondoçular Rusiyada keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar

Turnirdə 2000/2002-ci il təvəllüdlü gənclər arasında Fərid Sultan 55 kiloqram çəki dərəcəsində birinci olub

Bakı, Nazilə Xaqani, İnteraz - 06 Noyabr 2017, 17:58

Lənkəranlı taekvondoçular Rusiyanın Tolyatti şəhərində qızlar və oğlanlar arasında keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.

İnterAz xəbər verir ki, turnirdə 2000/2002-ci il təvəllüdlü gənclər arasında Fərid Sultan 55 kiloqram çəki dərəcəsində birinci, Kənan Rzazadə 48 kiloqram çəki dərəcəsində ikinci, Bahadur Əsgərli 59 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.

Qızların mübarizəsində isə Qönçə Hüseynli 55 kiloqram çəki dərəcəsində ikinci yerə sahib olub.

Lənkəranlı taekvondoçular böyüklərin yarışında da uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, Samid Bağırlı 54, Samir Cavadlı isə 58 kiloqram çəki dərəcəsində birinci yerə layiq görülüblər. Gənclərdən sonra böyüklərin mübarizəsinə də qoşulan Fərid Sultan fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Ümumilikdə, lənkəranlı taekvondoçular beynəlxalq turniri 3 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.