Formula 1 Azərbaycan Qran Prisi klassikaya çevrilə bilər

Ötən mövsüm Azərbaycan Qran Prisi ötmələrə görə lider olub

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Noyabr 2017, 17:28

Formula 1 Azərbaycan Qran Prisinə ildən-ilə maraq daha artır. 

İnterAz xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

O deyib ki, 2017-ci Azərbaycan Qran Prisi bizim üçün dönüş nöqtəsi oldu: "Biz dünyanın müxtəlif ölkərlərində keçirilən Qran Prilərdə iştirak edirik. Lakin ötən mövsüm Bakıda keçirlən Qran Pridən sonra bizə olan fikirlər dəyişdi. Bildiyiniz kimi ötən mövsüm Azərbaycan Qran Prisi ötmələrə görə lider olub. Bizə deyirdilər ki, Azərbaycan Qran Prisi klassikaya çevrilə bilər. Biz inanırıq ki, gələn il ölkəmizdə keçiriləcək növbəti Azərbaycan Qran Prisı daha da maraqlı olacaq ə dünyanın diqqətini bir daha ölkəmizə yönəldəcək".