Məktəblilər arasında stolüstü tennis yarışı keçirilib

Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 08 Noyabr 2017, 11:52

Məktəblilərdən ibarət komandalar arasında stolüstü tennis üzrə yarış keçirilib.

İnterAz xəbər verir ki, yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 244 nömrəli tam orta məktəbdə təşkil olunub.

Stolüstü tennis üzrə yarış Binəqədi rayonunun ümumi təhsil müəssisələrini əhatə edib.

Yarışın nəticələrinə əsasən, 267 nömrəli məktəb-liseyin komandası I, 244 və 143 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq II, III yerləri tutub.