Bakı məktəblisi Avropa çempionatının qalibi olub

Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Noyabr 2017, 11:23

Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub.

Bu barədə İnterAz-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb.

Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb.

Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar iştirak edib.