Gəncədə İdman Sarayı inşa olunacaq

Obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilir

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Noyabr 2017, 18:15

Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Gəncə şəhərində İdman Sarayı inşa edilsin. Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilir.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə İdman Sarayının tikintisi üçün maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.