Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli açıqlanıb

Cüdoçularımız 2-ci, 4-cü, 2-ci, 11-ci, 7-ci və 23-cü pillədə qərarlaşıblar

Bakı, Nazilə Xaqani, İnteraz - 04 Dekabr 2017, 18:00

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

 

İnterAz xəbər verir ki, dekabr ayı üçün nəzərdə tutulan yeni reytinq cədvəlinə görə, Azərbaycan millisinin üzvlərindən Orxan Səfərov (60 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) mövqelərini qoruyublar. Onlar müvafiq olaraq, 2-ci, 4-cü, 2-ci, 11-ci, 7-ci və 23-cü pillədə qərarlaşıblar.

 

Cüdoçularımız Vüqar Şirinli (60 kq) 3, Nicat Şıxəlizadə (66 kq), Tural Səfquliyev (90 kq) və Elxan Məmmədov (100 kq) hərəyə 1, İrina Kindzerska (78 kq-dan yuxarı) 2 rəqibini özündən irəli buraxıb. Nəticədə idmançılarımız müvafiq olaraq, 30-cu, 7-ci, 17-ci, 4-cü və 7-ci yerə eniblər.