Olimpiya mükafatçısı komaya düşüb

Velosiped idmanının BMX növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yelle van Qorkom komaya düşüb

Bakı, , İnteraz - 11 Yanvar 2018, 14:00

Velosiped idmanının BMX növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yelle van Qorkom komaya düşüb.

İnterAz report-a istinadən xəbər verir ki, 27 yaşlı hollandiyalı idmançı məşq zamanı qəza keçirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən van Qorkomun üz sümükləri, qabırğaları sınıb. Həmçinin, onun qaraciyəri, dalaq və böyrəyi zədələnib.

Qeyd edək ki, bu il iyunun 5 - 9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.