Sabiq "Qəbələ"li Argentina klubunda

"Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyranın yeni klubu müəyyənləşib

Bakı, , İnteraz - 12 Yanvar 2018, 14:00

"Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyranın yeni klubu müəyyənləşib. Argentinalı oyunçu karyerasını ölkəsində davam etdirəcək. O, "Ximnasiya" ilə anlaşıb.

 

İnterAz futbolpress.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 30 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

 

Pereyra 2015/16 mövsümündə "Qəbələ"də keçirdiyi 20 oyunda 5 qola imza atmışdı