Ronaldo: "Neymarın PSJ-yə keçidi geriyə addımdır"

"İdman prinsipləri baxımından Neymarın PSJ-yə keçidi geriyə atılmış addımdır

Bakı, , İnteraz - 13 Yanvar 2018, 10:56

Braziliya millisinin sabiq futbolçusu Ronaldo həmyerlisi Neymarın "Barselona"dan PSJ-yə keçidinə münasibət bildirib.

 

İnterAz qol.az-a istinadən xəbər verir ki, veteran hücumçu Neymarın bu addımının bəyənmədiyini deyib:

 

"İdman prinsipləri baxımından Neymarın PSJ-yə keçidi geriyə atılmış addımdır. Ancaq hər kəs özü üçün yeni macəra axtarır".

 

Ronaldo özünün "Barselona"dan Milan "İnter"inə keçidini isə belə izah edib: "Mən də vaxtilə "Barselona"nı tərk edib, "İnter"ə keçmişəm. Ancaq o zaman İtaliya çempionatı daha gərgin idi".

 

Xatırladaq ki, ötən ilin yayında "Barsa"dan 222 milyona PSY-yə transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub.