Radik İsayev ilk döyüşdə uduzdu

Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam" seriyası davam edir

Bakı, , İnteraz - 13 Yanvar 2018, 12:27

Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam" seriyası davam edir.

 

İnterAz apasport.az-a istinadən xəbər verir ki, yarışın üçüncü həftəsində Azərbaycan millisinin lideri Radik İsayev dayanq üzərinə çıxıb.

 

+80 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk cəhdində iranlı Sajjad Mardani ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından İsayev yarışla vidalaşıb.

 

Qeyd edək ki, yanvarın 30-dək davam edəcək turnirdə yığmamız 3 taekvondoçu ilə təmsil olunurdu. Milad Beiqi Harçeqani (80 kq) turnirdə bürünc medal qazandığı halda, Ayxan Tağızadə (68 kq) məğlubiyyətə üzülmüşdü.