"Qarabağ"ın sabiq hücumçusunun yeni klubu bəlli olub

Samuel Armenterosun MLS Liqası təmsilçisi "Portlend"ə keçidi rəsmiləşib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 10 Fevral 2018, 12:52

"Benevento"nun hücumçusu Samuel Armenterosun MLS Liqası təmsilçisi "Portlend"ə keçidi rəsmiləşib.

 

İnterAz-ın klubunun saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı hücumçu mövsümün sonuna kimi sözügedən klubda çıxış edəcək. "Portlend" mövsümün sonu təzminat ödəyərək isveçli oyunçunu birdəfəlik ala biləcək.

 

Xatırladaq ki, 2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub.