Türkiyə Superliqası: "Fənərbaxça" “Başakşehir”i məğlub edib

Türkiyə Superliqasında 21-ci turun oyunları davam edir

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Fevral 2018, 11:00

Türkiyə Superliqasında 21-ci turun oyunları davam edir.

 

İnterAz xəbər verir ki, turun mərkəzi görüşündə lider “Başakşehir” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.

 

“Başakşehir” - “Fənərbaxça” 0:2

Qollar: Fernandao, 32: 56

 

Bu yenilgidən sonra 43 xalda qalan “Başakşehir” liderliyini davam etdirir. Lakin 1 oyun az keçirən və hazırda 41 xalı olan “Qalatasaray” sabah “Antalyaspor”u məğlub etsə, zirvəyə yüksələcək. “Fənərbaxça” isə 41 xalla üçüncü yeri tutur.