Qaret Beyl "Real"dan gedir?

"Real"ın futbolçusu Qaret Beyl bu yay komandadan ayrıla bilər

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 23 Fevral 2018, 16:08

“Real”ın futbolçusu Qaret Beyl mövsümün sonunda komandasını dəyişə bilər.

 

İnterAz xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubu Uels yığmasının üzvü ilə yolları ayırmaq niyyətindədi.

 

Beylin son vaxtlar öz oyununu göstərə bilməməsi, üstəlik tez-tez zədələnməsi “Real” rəhbərliyini narahat edir. Üstəlik, "kral klubu" onun Marko Asensionun inkişafına mane ola bilcəyini düşünür. Bu səbəbdən ispanlar Beyllə vidalaşmağı planlaşdırırlar.

 

28 yaşlı futbolçunun “qalaktikos”la 2022-ci ilə qədər müqaviləsi var.

 

Qeyd edək ki, “Real” Beyli 2013-cü ildə “Tottenhem”dən alıb.