Moskvada azərbaycanlı idmançı M1-in qalibi olub

Paytaxtın “Olimpiyskiy” idman mərkəzində baş tutan qarşıdurmada Taleh Nəcəflinin rəqibi rusiyalı idmançı Vitali Slepenkoya olub

Moskva, İqbal Rüstəmov, İnteraz - 23 Fevral 2018, 16:32

Moskvada azərbaycanlı idmançı M1-in qalibi olub.

 

İnterAz-ın Moskva müxbiri xəbər verir ki, Moskvada Azərbaycanın nüfuzlu və tanınmış idmançısı Taleh Nəcəfzadə M1 qaydasız döyüş üzrə keçirilən yarışmanın qalibi olub. Paytaxtın “Olimpiyskiy” idman mərkəzində baş tutan qarşıdurmada Taleh Nəcəflinin rəqibi rusiyalı idmançı Vitali Slepenkoya olub.

Gərgin keçən döyüşdə üstünlüyü açıq müşahidə olunan həmyerlimiz qalib olub. Rusiyanın paytaxtında Azəarbaycan bayrağı dalğalanıb.

Nəzərinizə çatdıraq ki, Taleh Nəcəfli qaydasız döyüş üzrə müxtəlif beynəlxalq yarışmaların qalibidir.