Tanınmış futbolçu məşq zamanı huşunu itirdi

"Çelsi"nin futbolçusu məşq zamanı özündən gedib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 06 Mart 2018, 17:47

İngiltərə Premyer Liqasının 29-cu turunda keçirilən "Mançester Siti" ilə oyun öncəsi "Çelsi"nin  məşqində xoşagəlməz hadisə yaşanıb.

 

İnterAz xəbərə görə, London klubunun yarımmüdafiəçisi N'Qolo Kante məşq zamanı qəflətən özündən gedərək yıxılıb. O, komanda yoldaşlarının köməyi ilə ayağa qalxıb. Məhz bu səbəbdən Kantenin adı "Mançester Siti" ilə görüş üçün iştirak ərizəsindən çıxarılıb.

 

Tibbi müayinədən keçən 26 yaşlı oyunçunun ürəyində problem aşkarlanmayıb. Onun fərdi qaydada məşq etdiyi bildirilib. Kantenin nə zaman matçlarda iştirak edəcəyi barədə məlumat verilməyib.