FİFA Türkiyə klubunu cəzalandırıb

dünyanın ali futbol qurumu Qaradəniz təmsilçisi ilə Slovakiyanın "Trençin" klubu arasındakı mübahisədə ikinciləri haqlı sayıb

Bakı, , İnteraz - 09 Mart 2018, 12:10

FİFA Türkiyənin "Trabzonspor" klubunu cəzalandırıb.

 

İnterAz goal.az-a istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu Qaradəniz təmsilçisi ilə Slovakiyanın "Trençin" klubu arasındakı mübahisədə ikinciləri haqlı sayıb. Belə ki, "Trençin" 2016-cı ildə, Matus Beronun transferi zamanı "Trabzonspor"un kluba ödəmədiyi 250 min avroya görə FİFA-ya müraciət etmişdi.

 

Dünyanın ali futbol qurumu isə Türkiyə təmsilçisinə transfer qadağası cəzası verib. Cəzaya əsasən, "bordo-mavilər" bu yay heç bir futbolçu transfer edə bilməyəcək