Şəhriyar Məmmədyarov şahmat üzrə İddiaçılar Turnirində liderdir

Turnir martın 27-nə kimi davam edəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Mart 2018, 09:01

Bu gün şaxmat üzrə İddiaçılar Turnirinin üçüncü turu keçiriləcək.

 

İnterAz-ın məlumatına görə, turnirdə iştirak edən Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov üçüncü turda ABŞ təmsilçisi Fabiano Karuano ilə qarşılaşacaq. İkinci turda Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla heç-heçə edib.

 

İki turun nəticələrinə əsasən, turnir cədvəlində ilk pillədə Məmmədyarov, Kramkin və Karuana (1,5 xal), ikinci pillədə Aronyan, Qrişyuk və Din Lijen (1 xal), üçüncü pillədə isə Karyakin və So (0,5 xal) qərarlaşıblar.

 

Turnir martın 27-nə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.