Yelkənli İdman Federasiyasının komandası beynəlxalq yarışı uğurla başa vurub

Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) “Optimist” sinfi üzrə yığma komandası bu ilin 05 - 11 mart tarixlərində Türkiyənin Bodrum şəhərində təşkil olunan 6-cı Bodrum Beynəlxalq Optimist Yarışında (BIOR) iştirak ediblər

Bakı, , İnteraz - 13 Mart 2018, 13:18

Yelkənli İdman Federasiyasının komandası beynəlxalq yarışda 600-ə yaxın idmançı ilə mübarizə apararaq Azərbaycanı layiqincə təmsil edib.

 

Federasiyadan İnterAz-a verilən məlumata görə, Azərbaycan Yelkənli İdman Federasiyanın (SFA) “Optimist” sinfi üzrə yığma komandası bu ilin 05 - 11 mart tarixlərində Türkiyənin Bodrum şəhərində təşkil olunan 6-cı Bodrum Beynəlxalq Optimist Yarışında (BIOR) iştirak ediblər.

 

Federasiyanın İdman üzrə koordinatoru Burcu Algon Giorgianninin rəhbərlik etdiyi 3 oğlan və 2 qızdan ibarət komanda heyəti, 5 gün davam edən mötəbər yarışda 600-ə yaxın idmançı ilə mübarizə ölkəmizi layiqincə təmsil etməyə nail olublar.

 

2017-ci ildən etibarən SFA-nın hər il Bodrum Beynəlxalq Optimist Yarışında iştirak etməsinin əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

 

Qeyd edək ki, yelkənçilərimiz sözügedən yarışda 21 ölkəni təmsil edən 96 ayrı yelkən klublarının idmançıları ilə mübarizə apararaq yarışları uğurla başa vurublar.

 

BIOR yarışında iştirak edən komanda heyətinin tərkibi:

 

Ayla Babayeva

 

Kristina Kərimova

 

İsmayıl Kərimov

 

Murad Allahverdi

 

Murad Hacı-zadə

 

Heyətin Rəhbəri - Burcu Algon Giorgianni

 

“Optimist” sinfi üzrə baş məşqçi - Seyhun Yıldız