"Real" - "Yuventus" oyununda penalti yox idi" - Maradona

Dieqo Maradona “Real” – “Yuventus” oyunundakı mübahisəli penalti epizodu haqda danışıb

  • 15

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 14 Aprel 2018, 14:39

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona da Çempionlar Liqasının 1/4 finalında keçirilən “Real” – “Yuventus” oyunundakı mübahisəli penalti epizodu haqda danışıb.

 

İnterAz qol.az saytına istinadən xəbər verir ki, veteran hücumçu “Goal.com”a açıqlamasında hakimin yanlış olaraq penalti qərarı verdiyini deyib:“Yox, o epizodda penalti yox idi. Ronaldo Vaskesə ötürmə etdi və bu zaman Benatia Vasekin arxasında, Buffon isə önündə idi.  Mən də Vaskesin yerində olsaydım, təmasdan sonra yıxılardım”.

 

Xatırladaq ki, matçın 90+3-cü dəqiqəsində ingiltərəli hakim Maykl Oliver "Yuventus"un qapısına penalti təyin edib və Ronaldo dəqiq zərbə ilə komandasını yarımfinala yüksəldib.