Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı davam edir

Dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 250-690 manat arasında dəyişir

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Aprel 2018, 16:37

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı davam edir.

 

İnterAz xəbər verir ki, dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 250-690 manat arasında dəyişir. Bu biletlər azyaşlılar üçün endirimli qiymətlərə təklif olunur. Bundan başqa, aprelin 27-29-da təşkil olunacaq yarış üçün ayaqüstü zonalara birgünlük biletlər də satışdadır. Həmin biletlərin qiyməti günlərdən asılı olaraq 60-150 manat təşkil edir.

 

Həmçinin alıcılara həm dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertlərində, həm də məşhur DJ-lərin çıxış edəcəyi gecə əyləncə proqramlarında “Qızıl dairə”də olmaq imkanı verilir. Bunun üçün tamaşaçılar aldıqları biletə ya gündəlik əlavə 80, ya da bir dəfəyə üç gün üçün cəmi 200 manat ödəniş etməlidirlər.

 

Bilet sahibləri trekdə yarışla yanaşı, Dənizkənarı Milli Park boyunca uzanan əyləncə zonasında olan bütün tədbirlərdə iştirak edə, həftəsonunun hər axşamı “Baku Crystal Hall”da keçiriləcək konsert və əyləncə proqramlarına “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Azneft dairəsindən təşkil edəcəyi xüsusi avtobuslarla rahat gedib-gələ biləcəklər.