Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub

165 yığma komandanın yer aldığı reytinq cədvəlində Azərbaycan millisi 1440 xalla onuncu pillədəki mövqeyini qoruyub

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Aprel 2018, 16:59

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb.

 

İnterAz xəbər verir ki, 165 yığma komandanın yer aldığı reytinq cədvəlində Azərbaycan millisi 1440 xalla onuncu pillədəki mövqeyini qoruyub.

 

Reytinq cədvəlinə 1935 xalla Braziliya millisi başçılıq edir. İspaniya yığması 1807 xalla ikinci, Rusiya isə 1700 xalla üçüncü pillədə qərarlaşıb.