Türkiyə Superliqası: "Qalatasaray" qələbə ilə liderliyə yüksəldi

Dünən Türkiyə superiqasında 29-cu turun oyunları davam etdirilib

  • 112

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Aprel 2018, 09:16

Dünən Türkiyə superiqasında 29-cu turun oyunları davam etdirilib.

 

İnterAz-ın verdiyi xəbərə görə, turun mərkəzi görüşündə “Qalatasaray” “İstanbul Başakşehir”i qəbul edib. Liderliyə qayıtmaq üçün “Qalatasaray”a mütləq qələbə, qonaqlara isə heç-heçə də sərf edirdi.

 

Görüş Fatih Terimin komandasının 2:0 hesablı vacib qələbəsi ilə yekunlaşıb. Qolları Mariano (60-cı dəq.) və Emmanuel Adebayor (90-avtoqol) vurublar.

 

Bu qələbə sayəsində “Qalatasaray” yenidən liderliyə yüksəlib:

 

1. “Qalatasaray” – 29 oyun, 60 xal, 2. “Beşiktaş” – 29 oyun, 59 xal, 3. “İstanbul Başakşehir”- 29 oyun, 59 xal