Erməni baş məşqçiyə oyun zamanı diri xoruz atılıb

Baş məşqçi isə özünü piss hiss etdiyi üçün oyunsonrası mətbuat konfransına qatılmayıb

  • 140

Bakı, , İnteraz - 16 Aprel 2018, 09:32

Rusiyanın "Luç-Energiya" futbol komandasının baş məşqçisi Aleksandr Qriqoryana oyun vaxtı diri xoruz atılıb.

 

İnterAz-ın məlumatına görə, hadisə I Divizionda XXIII turun "Fakel" komandası ilə səfər qarşılaşmasında baş verib. Erməni baş məşqçini aşağılayan şəxsin Vladivostok komandasının azarkeşi olduğu bildirilir. Qriqoryanla münaqişədə olan həmin şəxs tutularaq, stadiondan çıxarılıb. Baş məşqçi isə özünü piss hiss etdiyi üçün oyunsonrası mətbuat konfransına qatılmayıb.

 

Qeyd edək ki, Voronejdə keçirilmiş görüş "Fakel"in qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahiblərinin heyətində qış fasiləsinədək azərbaycanlı yarımmüdafiəçi Samir Məsimov da çıxış edib. Lakin o, fevralda transferə çıxarılıb.