Arda Turandan "Qalatasaray" matçı sonrası açıqlama

Dünən Türkiyə superiqasında 29-cu turda "Qalatasaray” doğma azarkeşlər önündə "İstanbul Başakşehir”ini qəbul edib

  • 10

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Aprel 2018, 10:05

Dünən Türkiyə superiqasında 29-cu turda "Qalatasaray” doğma azarkeşlər önündə "İstanbul Başakşehir”ini qəbul edib.

 

İnterAz Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderliyə qayıtmaq üçün "Qalatasaray”a mütləq qələbə, qonaqlara isə heç-heçə də sərf edirdi.

 

"Cimbom" azarkeşlərini sevindirə bilib və matçdan qalib ayrılaraq liderliyi yenidən əldə edib 2:0.

 

Oyundan öncə isə ən çox danışılan mövzu Arda Turan olub. Onun Fatih Terimlə Türkiyə millisindən başlayan soyuq münasibəti hələ də davam etməkdədir. Hamıya maraqlı isə onun oyundan öncə sabiq baş məşqçisi ilə görüşüb-görüşməyəcəyi, azarkeşlərin onu hansı formada qarşılayacaqları olub.

 

Qeyd edək ki, matçdan sonra Arda Turan jurnalistlərin suallarını cavablandırıb.